Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Sevilya" Bakı səfəri öncəsi İspaniya hazırlığını tamamlayıb. Komanda bu gün son məşqinə çıxıb. Yalnız zədəli Nolito kollektivdən ayrı fərdi məşqlə kifayətlənib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Sevilya" Bakı səfəri öncəsi İspaniya hazırlığını tamamlayıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda bu gün son məşqinə çıxıb.

Yalnız zədəli Nolito kollektivdən ayrı fərdi məşqlə kifayətlənib. Zədə ucbatından ötən həftəsonu "Alaves"lə görüşü də buraxan İspaniya millisinin üzvü ilə bağlı yekun qərar bu gün verilib. Baş məşqçi Xulen Lopeteqi 33 yaşlı forvardı Bakıya gətirməmək qərarına gəlib. La Liqanın növbəti turunda "Real"la keçiriləcək oyunu da nəzərə alan Lopeteqi oyunçusuna tamam sağalmaq imkanı yaradıb.

Əndəlüs təmsilçisi "Qarabağ"la qarşılaşmadan dərhal sonra vətənə dönəcək və ertəsi gün "kral klubu" ilə matçın hazırlığına başlayacaq. Təqvim sıxlığına görə, İspaniya çempionatının liderinin "Qarabağ"la görüşdə heyətdə rotasiya etməsi böyük ehtimaldı. "Sevilya" ölkəmizə 24 futbolçu ilə yola düşüb. Hətta cəza ucbatından qarşılaşmanı buraxacaq Lukas Okampos da komanda ilə birlikdə Bakıya yollanıb.

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest