"Heç də asan qrupa düşdüyümüzü zənn etmirəm. Rəqiblərimiz çox şeyi çətinləşdirmək niyyətində olan komandalardı". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi deyib.

İspaniya klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı ilk oyununu keçirmək üçün Bakıya yola düşüb. Yerli mətbuata açıqlama verən Lopeteqi asa qrupa düşmədiklərini vurğulayıb: "Qarabağ" çempionlar Liqasını bir müddət əvvəl tərk etdi, APOEL isə ötən mövsümün yarımfinalçısına çətin anlar yaşatdı. O komandalardan bəhs edirik ki, bizim üçün hər şeyi çətinləşdirə bilərlər. Meydanda mübarizə apararaq, layiq olaraq qələbə qazanmalıyıq. Əsas odu ki, biz bunu istəyirik".

Lopeteqi heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı bu cür cavablandırıb: "Əsas məqsəd oyunçulara oyun vaxtı vermək yox, güclü rəqabət yaratmaqdı. Hədəflərə çatmaq üçün hər kəsə ehtiyacımız olacaq. çünki dekabra qədər hər cümə axşamları və həftəsonları oyun keçirəcəyik. Bütün heyətin zəhməti gərəkli olacaq. Futbolçularımız oyunlardan əvvəl rəqiblər barədə ətraflı məlumat əldə edirlər. Oyun isə baş məşqçinin beynində bir öncəki matçdan dərhal sonra başlayır. Başınıza nəyin gələcəyini, komandanı necə yaxşılaşdıracağınızı, hansı nüansları qazandıracağınızı müəyyənləşdirməlisiniz".

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest