Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" sabah "Sevilya"nı qəbul edəcək. Matc.az saytı xəbər verir ki, İspaniya mətbuatı oyunla bağlı proqnoz verib.
Həmkarlarımız La Liqa klubunun asan qələbə qazanacağını proqnozlaşdırıb. "Sevilya"nın asan qrupa düşdüyünü vurğulayan yerli KİV əndəlüs klubunun problem yaşamayacağını düşünür.
İspanlar komandalarının sabah böyükhesablı qələbə qazana bilməyəcəyini düşünür: "Sevilya"nın asan qrupa düşdüyünü nəzərə alsaq, narahatlığa heç bir əsas yoxdu. Düzdü, "Qarabağ" ölkə birinciliyində hələ xal itirməyib. Amma "Sevilya" da çempionata liderlik edir. "Qarabağ" isə La Liqa səviyyəsində komanda deyil. "Sevilya"nın qollar vurmaq şansı yüksəkdi, amma böyükhesablı qələbə olmayacaq. Azərbaycan təmsilçisinin isə çox qol vurmaq imkanı olmayacaq. "Sevilya" son 4 qələbənin 3-nü səfərdə əldə edib".
Həmkarlarımız "Sevilya"nın 3:1 hesablı qələbə qazanacağını proqnozlaşdırıb.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçı saat 20:55-də başlayacaq.