"Bizim üçün böyük oyun idi. Burdan razı ayrılırıq. Qrup mərhələsinə qələbə ilə başlamaq çox önəmli idi. Çox istəkli oynadıq. Avroliqa mövsümünə belə qələbə ilə başlamaq əladı. Kollektivə şəkildə möhkəm oynadıq, qol vəziyyətləri yaratdıq".

"Həftə ərzində keçdiyimiz məşqlərin bəhrəsini görürük. İşlərimiz yaxşı gedir". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın yarımmüdafiəçisi Oliver Torres deyib.

Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"ın qonağı olan İspaniya klubu Bakıdan 3:0 hesablı qələbə ilə ayrılıb.

Yerli mətbuata danışan əndəlüs klubunun yeni transferi qələbədən sevincli olduqlarını vurğulayıb: "Bizim üçün böyük oyun idi. Burdan razı ayrılırıq. Qrup mərhələsinə qələbə ilə başlamaq çox önəmli idi. çox istəkli oynadıq. Avroliqa mövsümünə belə qələbə ilə başlamaq əladı. Kollektivə şəkildə möhkəm oynadıq, qol vəziyyətləri yaratdıq, boşluqlar tapdıq, eyni zamanda müdafiədə ehtiyatlı olduq. Məşqlərdə bunları daha da inkişaf etdirməyə çalışacağıq. Belədə daha çox uğur qazanarıq. Əsas məsələ qol imkanlarını artırmaqdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest