"Komanda ilə birgə gördüyüm işi davam etdirirəm. Xüsusən də, son dəqiqələrdəki mübarizəni vurğulamalıyam. Bunun da bəhrəsini gördüm". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın hücumçusu Munir El Haddadi deyib.

Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu "Qarabağ"a qarşı keçirən "Sevilya" Bakıdan böyükhesablı qalibiyyətlə ayrılıb - 3:0. 78-ci dəqiqədə komandasının ikinci qoluna imza atan Munir yerli mətbuata açıqlamasında fikirlərini bölüşüb.

24 yaşlı forvard qol epizodunu belə xatırlayıb: "Rəqib qapıçı uzunboylu olduğundan, təkbətək epizodda nə edəcəyimi düşündüm. Qol vurub-vurmayacağımı bilmirdim. Sonda aşırma zərbəsi vurmaq qərarına gəldim və toru silkələməyi bacardım. Bundan əlavə müdafiəçilərimizin oyununu da qeyd etməliyəm. Komanda arxa xətdə məşqlərdəkindən də yaxşı çıxış etdi".

İspaniya millisinin üzvü La Liqanın növbəti turunda "Real"la keçiriləcək oyuna da toxunub: "Biz oyun-oyun düşür və pillə-pillə irəliləyirik. Artıq "Qarabağ"la matçı unutmalıyıq. çünki həftəsonu "Real"la görüşdən də 3 xalla ayrılmaq istəyirik. Əlbəttə ki, qələbə ilə start götürmək hər zaman yaxşıdı, komandaya özünəinam verir. Ancaq indi "Real"la matça köklənməliyik. Azarkeşlərimizə evdə qələbə hədiyyə etməliyik. Onlar buna layiqdilər".

Qeyd edək ki, "Sevilya" - "Real" oyunu sentyabrın 22-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest