Meksika futbolunun canlı əfsanəsi Rafael Markes həmyerlisi Xavyer Ernandesin "Sevilyada"dakı debütünə münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona"nın sabiq müdafiəçisi çiçaritonun İspaniya klubunda ümidləri doğruldacağına inanır.
O, Avropa Liqasının qrup mərhələsində forvardın "Qarabağ"a cərimə zərbəsindən vurduğu qolu xatırladıb və bunun performansına müsbət təsir edəcəyini vurğulayıb: "çiçarito "Sevilya"da özünəinamı qaytardı. Avropa Liqasında "Qarabağ"a vurduğu qol ona bu baxımdan kömək olacaq. Olduqca inadkar rəqabətçidi və ümid edirəm ki, bu xüsusiyyətini davam etdirəcək. çiçarito məni təəccübləndirməkdən heç vaxt vaz keçməyib. Hər yerdən qol vura bilir. Düşüncə tərzi, döyüşkənliyi onu yenidən yüksəldir. Ona heyranam və ümid edirəm ki, bu şəkildə davam edər".
Qeyd edək ki, I tur çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Sevilya" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. La Liqa klubunun heyətində hesabı ikinci hissənin əvvəllərində məhz çiçarito açıb.