25 Sentyabr 2019, 00:31
AVROPA LİQASI
2019/20 mövsümündə VAR (hakimin video assistenti) texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq. Bunadək ikinci dərəcəli klub turnirində yalnız bir dəfə - ötən mövsümün Bakıda keçirilən finalında VAR tətbiq edilmişdi.
UEFA yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edib. Matc.az xəbər verir ki, bu yeniliklər qurumun İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında qərara alınıb.
2019/20 mövsümündə VAR (hakimin video assistenti) texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq. Bunadək ikinci dərəcəli klub turnirində yalnız bir dəfə - ötən mövsümün Bakıda keçirilən finalında VAR tətbiq edilmişdi.
Bu dəfə isə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" qrupdan çıxsa, 1/16 finalda VAR-la üzləşəcək.
Qadınlar arasında çempionlar Liqasının finalında, qadınlar arasında Aç-2021-in final mərhələsində də bu sistemdən istifadə olunacaq. Sonuncu turnirdə həm də "goal-line" texnologiyası işə düşəcək.