25 Sentyabr 2019, 17:58
AVROPA LİQASI
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" yeni transferi Roni Lopesdən məmnun deyil. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, əndəlüs təmsilçisi Portuqaliya millisinin üzvünü satmağı planlaşdırır.
Yay fasiləsində Vissam Ben Yedderin "Monako"ya keçidi qarşılığında La Liqa klubuna yollanan 26 yaşlı yarımmüdafiəçi heç cür özünü doğrulda bilmir. Təsadüfi deyil ki, baş məşqçi Xulen Lopeteqi bu mövsüm ona cəmi 1 oyunda şans verib. O da Avropa Liqasında "Qarabağ"la Bakıdakı oyunun son 32 dəqiqəsində.
Lopesin sərbəst qalma məbləği 40 milyon avro olsa da, ispanlar onu daha ucuz qiymətə yanvarda transferə çıxarmağı planlaşdırır.