"Düdelanj" son bir ildə 3-cü klubumdu. Amma yenə də düşdüyüm mühitə öyrəşməliyəm". Matc.az saytının məlumatına görə, bunu "Düdelanj"ın hücumçusu Antuan Bernier deyib.

Yay fasiləsində "Antverpen"in transfer edib, ardından "Düdelanj"a birillik icarəyə verdiyi 22 yaşlı futbolçu yerli mətbata açıqlamasında Avropa Liqasının qrup mərhələsində APOEL üzərində səfər qələbəsinə (4:3) münasibət bildirib: "Bizə çox az adam inanırdı. Kiprdə atmosfer əla idi. Amma bir anda APOEL azarkeşləri doğma komandalarını fitə basdı, bizə kömək oldu. Gördüyümüz iş dəlilikdi və bunu hələ də dərk edə bilmirəm. Əgər məğlub olsaydıq, oyundan iyrənəcəkdim".

Belçikalı futbolçu Lüksemburqa yollanmaqla risk etdiyini və seçimində yanılmadığını vurğulayıb: "Lüksemburqa gələrək risk etdiyimi bilirəm. Avropa Liqasında yolumuza davam etməsəydik, hər şey tam fərqli olacaqdı. 36 oyunçudan ibarət heyətimiz və cəmi 26 liqa oyunu və Lüksemburq kuboku var. Xoşbəxtlikdən pley-off mərhələsini adladıq".

Bernier artıq qrupda çıxmaq şanslarının olduğunu düşünür: "Hələ püşkatma zamanı "Sevilya"nın qrupumuza düşməsinə sevindim. çünki onlar top-klubdu və belə komanda ilə qarşılaşmağımızı istəyirdim. O ki qaldı "Qarabağ"a, onlar da çempionlar Liqasında iştirak ediblər. Ancaq düşünürük ki, hələ də şansımız var. Məqsədim bu oyunlardan həzz almaq, əylənmək və özümü ən yaxşı tərəfdən göstərməkdi".

Qeyd edək ki, "Düdelanj" qrupda növbəti oyununu oktyabrın 3-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest