Avropa Liqasının qrup mərhələsində "Düdelanj"la "Qarabağ" arasında keçiriləcək oyunu azarkeşlərimiz canlı izləmək imkanı əldə edəcəklər. Matc.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu rəsmi saytı vasitəsilə yayıb.

Belə ki, Lüksemburqdakı qarşılaşmada Azərbaycan çempionunu dəstəkləyəcək azarkeşlər oyun günu qonaq sektoru (xəritədə oxla göstərilən) önündə satış məntəqəsindən biletlərini əldə edə bilər. Biletlərin qiyməti meydan sahibi tərəfindən 30 avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" oyunu oktyabrın 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest