"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj"da problemlər bitmək bilmir. Lüksemburq təmsilçisi yenidən baş məşqçisini dəyişməyə hazırlaşır. "Titus Petanqe"yə məğlubiyyət (0:2) belçikalı mütəxəssisin çox qalmayacağından xəbər verirdi.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj"da problemlər bitmək bilmir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Lüksemburq təmsilçisi yenidən baş məşqçisini dəyişməyə hazırlaşır.

Avrokuboklardakı uğurlu çıxışa baxmayaraq, daxili birinciliyə zəif başlayan "Düdelanj" bir neçə gün əvvəl Emilio Ferreyranı qovaraq, baş məşqçi postuna müvəqqəti olaraq Bertran Krassonu gətirmişdi. Komanda onun rəhbərliyi altında APOEL üzərində səfər qələbəsi (4:3) qazanıb. Lakin Lüksemburq çempionatının VI turunda "Titus Petanqe"yə məğlubiyyət (0:2) belçikalı mütəxəssisin bu vəzifədə çox qalmayacağından xəbər verirdi.

Klubun idman direktoru Sofian Benzuen də bunu istisna etməyib. O, yerli mətbuata açıqlamasında gələn həftə "Qarabağ"la keçiriləcək qarşılaşmadan sonra yekun qərarı verəcəklərini bildirib: "Düzgün seçim etmək üçün əlavə bir həftə vaxt lazımdı. "Qarabağ"la keçiriləcək oyundan sonra bu məsələyə yenidən baxılacaq. Qərar sırf meydandakı nəticələrə görə verilməyəcək. Krasson baş məşqçi postunda qalmasa belə, ən azı köməkçi-məşqçi kimi burdakı fəaliyyətini davam etdirməlidi".

Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasında oyun oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest