"Sevilya" ilə oyun karyeramın ən böyük afişası olacaq. Stadiona ayaq basmağı səbirsizliklə gözləyirəm. 40 mindən çox insanın önündə oynayacağıq. İndidən əsirəm. Avrokuboklarda oynamaq hər kəsə nəsib olmur".

"Yeni komandamda hər şey ürəyimcədi. Qısa müddətdə Avropa Liqasında qeyri-adi uğura nail olduq. Burda işlərimiz qaydasındadı". Matc.az saytının məlumatına görə, bunu "Düdelanj"ın yarımmüdafiəçisi çarles Morren deyib.

Lüksemburq klubuna yay fasiləsində keçən belçikalı orta sahə oyunçusu yerli mətbuata müsahibə verib. 27 yaşlı futbolçu növbəti mərhələ barədə düşünməyin hələ tez olduğunu bildirib.

Morrenin fikrincə, "Qarabağ"la keçiriləcək II tur görüşündən sonra bu barədə konkret söz demək olar: "Nə püşkatmadan, nə də APOEL üzərində qələbədən sonra pley-off xəyalı qurmuşuq. Ancaq hamı bilir ki, "Düdelanj" sürpriz də edə, böyük hesabla da yenilə bilər. Evdə "Qarabağ"la keçirəcəyimiz oyunun nəticəsini görmək lazım olacaq. Həmin matçdan sonra daha çox xəyal qura bilərik".

Dayaq yarımmüdafiəçisi oktyabrın 24-də "Sevilya" ilə səfərdə keçiriləcək qarşılaşmanı səbirsizliklə gözlədiyini də əlavə edib: "Sevilya" ilə oyun karyeramın ən böyük afişası olacaq. Stadiona ayaq basmağı səbirsizliklə gözləyirəm. 40 mindən çox insanın önündə oynayacağıq. İndidən əsirəm. Avrokuboklarda oynamaq hər kəsə nəsib olmur. Beş il əvvəl bu günü xəyal edə bilməzdim. Bu turnirdəki oyunların hər anından həzz almağa çalışacam".

Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" oyunu oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest