Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Düdelanj" (Lüksemburq) – "Qarabağ" oyununa təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. 
 
Oyunun baş hakimi Con Biton olacaq. Ona Daniel Makfarlan və Duqlas Potter kömək edəcək. Dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək. 
 
Norveçli Con Eilif Skyervold bu matçda hakim-inspektor, avstriyalı Mixael Zoratti isə UEFA nümayəndəsi olacaq.
 
Con Biton daha əvvəl də "Qarabağ"ın oyununu idarə edib. Şotlandiyalı referi 2016-cı ildə, Avropa Liqasının qrup mərhələsinin PAOK – "Qarabağ" görüşünü idarə edib. Qarşılaşmada Ağdam təmsilçisi minimal hesablı qələbə qazanmışdı – 1:0.
 
Oktyabrın 3-də keçiriləcək "Düdelanj" – "Qarabağ" oyunu saat 23:00-da start götürəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest