Bu mövsüm avrokuboklarda çıxış edən "Real" yetirmələrinin sayı ilə bağlı araşdırma aparılıb. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizə aparan klubların heyətində 46 "Real"lı var.

Hansı ki, həmin oyunçuların yolu vaxtilə "Real"ın əsas komandasının, həmçinin B, C komandaları və "Yuvenil A"dan keçib. Siyahı kimi təqdim olunan futbolçulardan 24-ü çempionlar Liqasında müxtəlif klubların formasını geyinir. Həmin "24-lük"dən cəmi 9-u "kral klubu"nun öz heyətində yer alır.

Avropa Liqasında isə bu say 22-di. Onlar arasında ən tanınmışları Dieqo Lopes, Esteban Qranero, İker Kasilyas, Xese Rodriges, Xuan Mata və Serxio Requlyondu. Maraqlıdı ki, Avropa Liqasında mübarizə aparan oyunçulardan biri "Qarabağ"da çıxış edir. Bu, yay fasiləsində "Kordoba"dan transfer edilən Xayme Romerodu. "Albasete"nin yetirməsi olan 29 yaşlı hücumçu 2013-14 mövsümün icarə əsasında "Real"ın B komandasında keçirib.

"Real"ın Avropa klublarındakı ümumi yetirmələrinin sayı isə 172-di.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest