Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun "Düdelanj" klubu ilə qarşılaşacaq Azərbaycan çempionu "Qarabağ" sözügedən ölkəyə yola düşüb. Matc.az xəbər verir ki, Ağdam klubu bir neçə dəqiqə öncə səfərə çıxıb.

Sabah Qurban Qurbanovun çalışdırdığı kollektiv oyunun keçiriləcəyi arenada sonuncu məşqə çıxacaq.
 
Oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçiriləcək "Düdelanj" - "Qarabağ" oyununa saat 23:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest