"Hətta öz aramızda da mübahisə düşdü. Amma gec-tez yolumuzu tapmalı idik. Təbii ki, belə qalmayacaqdı. Həddən artıq çox xal itirmişik və bu bizim limitimizi azaldıb. Belə erkən toparlanmağımızda komandaya rəhbərlik edən Bertran Krassonun əməyi böyükdü"

"Patanqe" məğlubiyyətindən sonra sakit həftə keçirdik. Klub prezidenti Flavio Bakkanın üzünü görmədik. Hamımızı tənqid edə, pulumuzu ödəməməklə bizi hədələyə bilərdi. Ancaq bunun heç birini etmədi. Nəticədə daha sakit tərzdə hazırlıq keçib, "Rostorp"a böyük hesabla qalib gəldik".

Matc.az saytı xəbər verir ki, bunu "Düdelanj"ın kapitanı Conatan Juber deyib. Lüksemburq təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la keçiriləcək oyunöncəsi daxili birincilikdə "Rostorp" üzərində 7:0 hesablı qələbəyə sevinib.

Komandanın 1 nömrəli qapıçısı Juber vəziyyətin müsbətə doğru dəyişməsini müvəqqəti baş məşqçi Bertran Krassonla əlaqələndirib: "Patanqe" silləsindən sonra təzyiq altında idik. Hətta öz aramızda da mübahisə düşdü. Amma gec-tez yolumuzu tapmalı idik. Təbii ki, belə qalmayacaqdı. Həddən artıq çox xal itirmişik və bu bizim limitimizi azaldıb. Belə erkən toparlanmağımızda komandaya rəhbərlik edən Bertran Krassonun əməyi böyükdü. O, rahatlığı, sakitliyi və daha çox zövqü geri qaytardı".

40 yaşlı qolkiper sabah "Qarabağ"la keçiriləcək oyun barədə də fikirlərini bölüşüb: "Avropa Liqasına uğurlu başlanğıc etdik. "Qarabağ" önündə də bunu xəyal etmək istəyirik. Hamımız bir nəticə barədə düşünürük. "Rosport" üzərində qələbə bizə özünəinamı qaytardı. Təbii ki, çempionatla avrokubok tam fərqli yarışlardı. "Rosport"u məğlub etməyimiz o demək deyil ki, bu gün özümüzü rahat hiss edirik. "Qarabağ"la matça hazırlaşmaq və azarkeşləri yenidən təəccübləndirmək üçün bir günümüz var. "Qarabağ"ın avrokubokda oynamaq adəti var. Amma yenə də pozitiv yanaşırıq".

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək "Düdelanj" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest