"Qrupun ilk turunda "Qarabağ"a qarşı keçirilən oyundakı kimi ciddiliyi yenə qoruyuruq. Məhz bu ciddilik, rəqibə hörmətlə yanaşma sayəsində Bakıda qələbə qazanmağı bacarmışdıq. APOEL-ə də hörmətlə yanaşmaq məcburiyyətindəyik. Çünki qarşımızda "Ayaks"ı yarışdan kənarlaşdırmağa yaxın olan komanda var".

"Sevilya"nın 5 dəfə qazandığı bir turnirin əhəmiyyətini yaxşı bilirik". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın yarımmüdafiəçisi Nemanya Qudel deyib.

Avropa Liqasının qrup mərhələsinə "Qarabağ" üzərində səfər qələbəsi (3:0) ilə başlayan La Liqa təmsilçisi sabah II turda Kipr APOEL-ini qəbul edəcək.

Oyunöncəsi İspaniya mətbuatına danışan Serbiya millisinin üzvü yenə qələbə barədə düşündüklərini vurğulayıb: "Qrupun ilk turunda "Qarabağ"a qarşı keçirilən oyundakı kimi ciddiliyi yenə qoruyuruq. Məhz bu ciddilik, rəqibə hörmətlə yanaşma sayəsində Bakıda qələbə qazanmağı bacarmışdıq. APOEL-ə də hörmətlə yanaşmaq məcburiyyətindəyik. çünki qarşımızda "Ayaks"ı yarışdan kənarlaşdırmağa yaxın olan komanda var. Qrupdakı bütün oyunlarımızı qələbə ilə başa vurmaq, bununla Avropa Liqasındakı iddiamızı ortaya qoymaq istəyirik".

Qeyd edək ki, sabah qrupun digər oyununda "Qarabağ" "Düdelanj"ın qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest