Avropa Liqasının qrup mərhələsində "Düdelanj"la qarşılaşacaq "Qarabağ" oyunöncəsi işgüzar görüş keçirib. Matc.az xəbər verir ki, Ağdam klubunun rəhbərliyi Lüksemburqdakı Qarabağ Azərbaycan Mədəniyyət Assosiasiyası ilə görüşüb.

Görüşdə həmçinin assosiasiya üzvləri sabah baş tutacaq oyunda "Qarabağ"a stadiondan dəstək olacaqları bildiriblər.

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək "Düdelanj" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest