02 Oktyabr 2019, 21:40
AVROPA LİQASI
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun "Düdelanj" klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi mətbuat konfransına qatılıb. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu bunları söyləyib:
"Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki "Düdelanj" tam başqa komandadı, yetəri qədər təcrübələri var. Tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq".