Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" görüşü qaldığı yerdən davam edir. Qarşılaşma təxminən 20 dəqiqədən çox oynanılmayıb. Buna səbəb "Qarabağ"ın ikinci qolundan sonra separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla meydanın məkəzinə gətirilməsi olub.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" görüşü qaldığı yerdən davam edir. Matc.az saytının məlumatına görə, qarşılaşma təxminən 20 dəqiqədən çox oynanılmayıb.
Buna səbəb "Qarabağ"ın ikinci qolundan sonra separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla meydanın məkəzinə gətirilməsi olub. Həm bu, həm də azarkeşlərlə futbolçular arasında baş verən münaqişə üzündən şotlandiyalı baş hakim Con Biton hər iki komandanın meydanı tərk etməsini tələb etmişdi.
Təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması referini bu addıma vadar etmişdi. Stadionda olan Lüksemburqun idman naziri mikrofonla təxribatın olduğunu təsdiqləyib və Azərbaycandan üzr istəyib. Yalnız bundan sonra komandalar meydana qayıdıblar.
Qeyd edək ki, hazırda ilk hissənin sonları gedir və "Qarabağ" 2:0 hesabı ilə öndədi.