"Qarabağ"ın mətbuat xidməti Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Lüksemburqun "Düdelanj" klubu ilə səfər matçında baş verən təxribatla bağlı rəsmi açıqlama yayıb. Matc.az həmin açıqlama ilə sizi də tanış edir:
 
"Komandamızın ikinci qolundan sonra stadionda baş verən təxribatçı hərəkətlərə və qondarma ölkənin bayrağının stadiona gətirilməsinə görə qarşılaşmada 20 dəqiqəlik fasilə yaranıb. Hadisədən dərhal sonra UEFA-nın təcili iclası keçirilib. Lüksemburqun idman naziri stadionda çıxış edərək ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istəyib və bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini bildirib. O, bu məsələdə əli olanların ən qısa zamanda tapılacağı və cəzalandırılacağı da bildirilib".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest