Şimali İrlandiya ilə İrlandiya liqaları arasında münasibət düzəlir. Bu məqsədlə iki ölkənin çempionları arasında görüş təşkil olunacaq. Birlik Çempionlar Kuboku adlı mini-turnirdə "Dandalk"la "Linfild" iki dəfə üz-üzə gələcək.

Şimali İrlandiya ilə İrlandiya liqaları arasında münasibət düzəlir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu məqsədlə iki ölkənin çempionları arasında görüş təşkil olunacaq.

Birlik çempionlar Kuboku adlı mini-turnirdə "Dandalk"la "Linfild" iki dəfə üz-üzə gələcək. Oyunlar noyabrın 8-də və 11-də baş tutacaq. Bununla 5 illik fasilədən sonra bu ölkələrin komandaları ilk dəfə oyun keçirəcəklər.

Təşkilatçılığı müsbət dəyərləndirən "Dandalk"ın yarımmüdafiəçisi Kris Şilds "Linfild"in bir neçə oyununu izlədiyini söyləyib: "Bu böyük bir təşəbbüsdü. Şimali İrlandiya çempionatına böyük marağım var. Evimə yaxın olduğundan, bu ölkənin çempionatını daha çox izləyirəm. "Linfild"in Avropa Liqasında "Qarabağ"la keçirdiyi ev oyununu tribunadan izləmişəm. Həmin gün komanda əla idi".

Qeyd edək ki, "Qarabağ"la "Linfild" bu mövsüm Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəlib. Belfasta "Linfild" 3:2, Bakıda isə "Qarabağ" 2:1 hesablı qələbə qazanmış və təmsilçimiz səfər qolu hesabına qrup mərhələsinə adlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest