"Bir klubun arzusu qatıldığı turnirlərin qalibi olmaqdı. Mən də klubumla iştirak etdiyimiz hər üç turniri qazanmaq istəyirəm". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın hücumçusu Xavyer Ernandes deyib.

çiçarito ləqəbli futbolçu ölkəsi Meksika mətbuatına açıqlamasında əndəlüs klubundakı durumunu dəyərləndirib. 31 yaşlı forvard La Liqa təmsilçisinda uğurlu başlanğıc etdiyini düşünür.

O, böyük hədəfləri olduğunu söyləyib: "Mümkün qədər çox qol vurmaq, müntəzəm oynamaq və titullar qazanmağı hədəfləyirəm. İnsanlar 31 yaşın çox olduğunu düşünür. Ancaq niyə də bu yaşda ən yaxşı mövsümümü keçirməyim? İspaniyada Aspas, Aduriz, Molina nümunəsi var. Vurduğum qollara görə təəccüblənmirəm. Avropa Liqasının qrupunda "Qarabağ"la matçda cərimə zərbəsindən fərqləndiyim zaman da təəccüb hissi keçirmədim. "Vest Hem" karyeramın son dönəmlərindən cərimə zərbələri üzərində çalışmağa başladım. Qəribə və maraqlıdı. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?"

Qeyd edək ki, "Qarabağ"la "Sevilya" arasında Bakıda keçirilən qrupun I tur matçında qonaqlar 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest