APOEL-in Kipr çempionatının VI turunda "Doxa" ilə ev oyununu izləyənlər arasında "Qarabağ" məşqçiləri də olub. Baş məşqçi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqiblərinin oyununu izləmək üçün köməkçilərini Nikosiyaya göndərmişdi.
APOEL-in Kipr çempionatının VI turunda "Doxa" ilə ev oyununu izləyənlər arasında "Qarabağ" məşqçiləri də olub. Matc.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqiblərinin oyununu izləmək üçün köməkçilərini Nikosiyaya göndərmişdi.
Konkret olaraq Elçin Rəhmanov və Borçe Xristov APOEL-in 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı tribunadan izləyib, rəqib barədə qeydlərini götürüblər. Kipr mətbuatı hesab edir ki, APOEL-in çıxışı "Qarabağ"ın məşqçilərini təəccübləndirib. Onlar nikosiyalıların 2,5 ay əvvəl "Qarabağ"la oyundan tam fərqli futbol sərgilədiklərini vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" - APOEL oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.