Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - APOEL oyununa təyinat alan Filip Qlova Azərbaycan çempionu üçün yeni simadı. Slovakiyalı referi ilk dəfə Ağdam klubunun görüşünü idarə edəcək. Ancaq 31 yaşlı Qlovanın yolu bir dəfə Azərbaycan komandası ilə kəsişib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - APOEL oyununa təyinat alan Filip Qlova Azərbaycan çempionu üçün yeni simadı. Matc.az saytının məlumatına görə, slovakiyalı referi ilk dəfə Ağdam klubunun görüşünü idarə edəcək.

Ancaq 31 yaşlı Qlovanın yolu bir dəfə Azərbaycan komandası ilə kəsişib. Belə ki, o, 21 yaşadək futbolçulardan ibarət millimizin AVRO-2019-un seçmə mərhələsində İrlandiya ilə səfər qarşılaşmasını idarə edib. ötən ilin mart ayında baş tutan görüşün əsas vaxtına 5 dəqiqə əlavə etməsinə baxmayaraq, irlandlar qol vurana (90+9-cu dəqiqəyə) qədər mübarizəni davam etdirən referi ev sahiblərinin 1:0 hesablı qələbəsinə töhvə verib. Həmin qarşılaşmada yığmamızın 3 üzvü sarı vərəqə ilə cəzalandırılıb ki, onlardan biri - Hacıağa Hacılı hazırda "Qarabağ"ın formasını geyinir.

ümumiyyətlə, 2016-cı ildən FIFA referisi adını daşıyan Filip Qlova həmin vaxtdan bəri 24 beynəlxalq matçda fit çalıb. Bunun 12-də qonaqların qələbə qazanması diqqət çəkən məqamdı. Cari mövsüm isə Avropa Liqasının II və III təsnifat mərhələsində müvafiq olaraq "Ventspils" - "Gimaraeş" (0:3) və "Olimpiya" - "Malatyaspor" (0:1) qarşılaşmalarında iş başında olub.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL oyunu saat 20:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest