APOEL-in futbolçusu Musa əl-Tamari Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyuna tilsimi qırmaq gözü ilə baxır. İordaniya millisinin üzvü qolsuzluq seriyasına Bakıda son qoymaq arzusundadı.
APOEL-in futbolçusu Musa əl-Tamari Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyuna tilsimi qırmaq gözü ilə baxır. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, İordaniya millisinin üzvü qolsuzluq seriyasına Bakıda son qoymaq arzusundadı.
Məsələ burasındadı ki, 22 yaşlı vinger artıq 6 aydan çoxdu ki, qol üzünə həsrətdi. O, sonuncu dəfə aprelin 13-də "Nyu Salamis"lə qarşılaşmada rəqib qapısına yol tapa bilib. Kiprli həmkarlarımız əl-Tamarinin bu seriyanı məhz "Qarabağ"la Bakıdakı qarşılaşmada qırmaq arzusunda olduğunu yazıblar. ötən ilin yayından Nikosiya klubunun formasını geyinən futbolçu bu müddət ərzində cəmi 9 qola imza atıb.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – APOEL matçına saat 20:55-də start veriləcək.