"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl Kipr APOEL-i üçün şam yeməyi təşkil edib. Ağdam klubunun idarə heyətinin üzvü Fevzihan Aras APOEL-li həmkarına Qarabağ atının təsviri olan xatirə hədiyyəsi təqdim edib.
"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl Kipr APOEL-i üçün şam yeməyi təşkil edib. Matc.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, Ağdam klubunun idarə heyətinin üzvü Fevzihan Aras APOEL-li həmkarına Qarabağ atının təsviri olan xatirə hədiyyəsi təqdim edib. Qonaq meydandan kənardakı qonaqpərvərliyə görə təşəkkürünü bildirib və meydanda öz şərəfi, tarixi uğrunda mübarizə aparacaqlarını söyləyib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.