Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"la ilə heç-heçə edən (2:2) APOEL-in baş məşqçisi Tomas Doll oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib...

- Belə bir açıqlama vermişdiz ki, oyundan sonra gülən tərəf mən olacam. Gülən kim oldu: məğlubiyyətdən xilas olan "Qarabağ", yoxsa səfərdə 1 xal qazanan APOEL?

- çox gərgin oyun idi. Hər iki komanda güclü çıxış etdi. "Qarabağ" son matçımızdan daha yaxşı çıxış etdi. Futbolçularımın bugünkü komanda ruhuna görə çox sevindim. Hər iki tərəf maksimumunu etdi. İkinci hissədə "Qarabağ" topa daha çox sahib idi. 0:1 geridə olduğumuz anda ilk hissəni 2:1 öndə bitirmək, özü də belə bir dəstək olan stadionda bunu etmək çox vacib idi. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xal qazandığımıza görə nəticədən razıyam.

- Qrupda hələ də sonuncusuz. "Qarabağ"la müqayisədə növbəti mərhələ şansınızı necə görürsüz?

- Biz çox güclü komandaya qarşı oynadıq. Digər komandalar da "Qarabağ"la səfər matçında çətinlik çəkirlər. Bilirik ki, 1 xalla qrupdan çıxmüq mümkün deyil. Ancaq evdə "Qarabağ"ı məğlub etmək üçün böyük şansımız var. Belədə xallarımız bəra bərabərləşəcək. Niyə də qalib gəlməyək?! Biz bilirik ki, rəqib çox güclüdü, ancaq evdə oynayacağıq. Hər şey baş verə bilər. özümüzə inanırıq. İrəliyə doğru kiçik addım atdıq. Addım-addım hədəfimizə doğru gedirik.

- Bu oyundan öncə Kipr mətbuatı yazırdı ki, nəticə uğursuz olsa, postunuzdan gedəcəksiz...

- Nə eşitmək istədiyinizi başa düşmürəm. Mətbuatın nə yazdığı məni maraqlandırmır.

- APOEL-lə Bakıda oynadığınız ilk matçda tez-tez fit çalırdız. Bu gün isə cəmi bir dəfə bunu müşahidə etdik. Bu o deməkdi ki, artıq komanda sizi daha yaxşı başa düşür?

- Futbolçularımla ünsiyyətin sizə dəxli yoxdu.

- Komandanın oyunundan razı qaldızmı və daha yaxşı çıxış edə bilərdizmi?

- Əlbəttə ki, komandanın oyunundan çox da razı qalmadım. Ancaq komanda ruhu məni qane etdi. çoxlu problemlərimiz var. Oyunçularımız topla daha çox oynamağı öyrənməlidi. Bu gün sistemi dəyişmişdik. Daha yaxşı oynaya bilərik. Əsas məsələ odu ki, komanda ruhu var idi. Qrupa pis başladıq. Əsas məsələ odu ki, mübarizə aparırıq.

- Bu gün arxadan oynadız. Cavab oyununda "Qarabağ"ın sürətli və kreativ orta xəttinə qarşı "1-ci nömrə" ilə oynamaq sizə problem yaratmayacaq?

- Bizim komandamızda ortada yaradıcılıq çatmırdı. Əsas odu ki, komanda qələbəyə inanırdı.  Bunun üçün yollar axtaracağıq. Kreativlik çox vacibdi. Yarımmüdafiəçilərimiz öz üzərlərində işləyirlər. Onların da öz tərzi var. Bizim də yaradıcı futbolçularımız var. Bu gün 5-3-2 sistemi ilə oynadıq. Evdə fərqli çıxış edəcəyik

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest