"Əlimizdən gələni etdik. Rəqib müdafiəyə qapanmışıdı deyə, onu yarmaq bizə asan olmadı. Buna cəhd etdik. Ancaq futbolda hər zaman istədiyin olmur. Üzülməyə dəyməz"

"Aydın məsələdi, çətin oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. ümid edirəm ki, burada olduğu kimi Kiprdə də xal qazanacağıq. Bərabərliyi pis nəticə saymaq olmaz".

Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Ailton Silva Avropa Liqasının qrup mərhələsinin III turunda evdə Kipr APOEL-i ilə 2:2 hesablı heç-heçədən sonra deyib.

Matçın 58-ci dəqiqəsində komandasının bərabərlik qolunu vuran sol cinah müdafiəçisi buraxılan toplarda səhvə yol verməsindən də danışıb: "Əlimizdən gələni etdik. Rəqib müdafiəyə qapanmışıdı deyə, onu yarmaq bizə asan olmadı. Buna cəhd etdik. Ancaq futbolda hər zaman istədiyin olmur. üzülməyə dəyməz. Meydandasansa, səhv etməməyin qaçılmaz olur. Əlbəttə, səhvə yol verməməyə çalışmalısan. Düzdü, qapımıza vurulan ilk qolda qaydanı pozdum. Cərimə zərbəsinin qarşısını ala bilərdik. Ancaq alınmadı. Qol vurmağıma gəlincə, oyun xarakteristikamı götürdükdə, daha çox hücumameyilli oyunçuyam. Amma çalışacam ki, daha artırım və qarşıdakı matçlarda komandama kömək edim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest