Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Türkiyə klublarından "Beşiktaş" "Braqa"nı, "Trabzonspor" "Krasnodar"ı, "Başakşəhər" isə "Volfsberq"i qəbul edib. "Beşiktaş"la "Trabzonspor"un məğlubiyyətlə üzləşdiyi gündə "Başakşəhər" minimal hesabla qələbə qazanıb.

Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" bu turda "Sent-Etyen"in qonağı olub və heç-heçəyə razılaşıb. Qrupun digər oyunuda "Volfsburq" "Gent"lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu görüşdə də qalib müəyyənləşməyib.

İngiltərənin "Mançester Yunayted" klubu bu turda səfərdə Serbiya "Partizan"ının qonağı olub və inamlı qələbəyə sevinib. London "Arsenal"ı isə "Vitoriya" ilə ev oyununda çətinliklə qalib gəlib.

Avropa Liqası
24 oktyabr

A qrupu

Qarabağ (Azərbaycan) – APOEL (Kipr) 2:2
Qol: D.Kintana, 13. Aylton, 58 – M.Medvedev, 29-öz qapısına. Hallenius, 45.

Sevilya (İspaniya) – Düdelanj (Lüksemburq) 3:0
Qol: F.Vaskes, 48; 75. El Haddadi, 78.

J qrupu

Roma (İtaliya) – Borussiya (Münhenqladbax, Almaniya) 1:1
Qol: Zaniolo, 32 – Ştindl, 90+5-pen.

Başakşəhər (Türkiyə) – Volfsberq (Avstriya) 1:0
Qol: İ.Kahveçi, 78.

L qrupu

Partizan (Serbiya) – Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Marsyal, 43.

Alkmaar (Hollandiya) – Astana (Qazaxıstan) 6:0
Qol: Koopmeyners, 39-pen; 83-pen. Boadu, 43. Stenqs, 77. Suqavara, 85. İdrissi, 90+2.

K qrupu

Beşiktaş (Türkiyə) – Braqa (Portuqaliya) 1:2
Qol: U.Nayir, 71 – Horta, 38. Eduardo, 80.

Slovan (Slovakiya) – Vulverhempton (İngiltərə) 1:2
Qol: Şporar, 11 – Sayss, 58. R.Ximenes, 64-pen.

H qrupu

Ludoqorets (Bolqarıstan) – Espanyol (İspaniya) 0:1
Qol: Kampuzano, 13.

çSKA (Moskva, Rusiya) – Ferentsvaroş (Macarıstan) 0:1
Qol: Varqa, 86.

I qrupu

Sent-Etyen (Fransa) – Aleksandriya (Ukrayna) 1:1
Qol: Qabriel, 8 – Qabriel, 14-öz qapısına.

Gent (Belçika) – Volfsburq (Almaniya) 2:2
Qol: Yaremçuk, 41; 90+4 – Veqhorst, 3. J.Viktor, 24.

G qrupu

Yanq Boyz (İsveçrə) – Feyenoord (Hollandiya) 2:0
Qol: Assale, 14; Nsame, 28.

Portu (Portuqaliya) – Reyncers (Şotlandiya) 1:1
Qol: L.Dias, 36 – Morelos, 44.

F qrupu

Arsenal (İngiltərə) – Vitoriya (Portuqaliya) 3:2
Qol: Martinelli, 32. Pepe, 80; 90+2 – Edvards, 9. Duarte, 37.

Ayntraxt (Frankfurt, Almaniya) – Standard (Lyej, Belçika) 2:1
Qol: Abraham, 28. Hinteregger, 73 – Amallah, 82.

E qrupu

Seltik (Şotlandiya) – Latsio (İtaliya) 2:1
Qol: Kristie, 67. Julien, 89 – Latsari, 40.

Renn (Fransa) – çFR (Kluj, Rumıniya) 0:1
Qol: Deak, 9.

D qrupu

PSV (Hollandiya) – LASK (Avstriya) 0:0

Sportinq (Portuqaliya) – Rusenborq (Norveç) 1:0
Qol: Bolasi, 70.

C qrupu

Xetafe (İspaniya) – Bazel (İsveçrə) 0:1
Qol: Frey, 18.

Trabzonspor (Türkiyə) – Krasnodar (Rusiya) 0:2
Qol: Berq, 49. Vilyena, 90+2.

B qrupu

Dinamo (Kiyev, Ukrayna) – Kopenahgen (Danimarka) 1:1
Qol: Şabanov, 53 – Sotiriu, 2.

Malmö (İsveç) – Luqano (İsveçrə) 2:1
Qol: Berget, 13. Molins, 32 – Gerndt, 50.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest