25 Oktyabr 2019, 02:01
AVROPA LİQASI
İngiltərənin "Mançester Yunayted" klubu Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Serbiyanın "Partizan" klubunun qonağı olub. Matc.az "qırmızı-şeytanlar" bu görüşdə minimal hesabla qalib gəliblər – 1:0. Qələbə qolunu isə penaltidən fərqlənən Antoni Marsyal rəqib qapısından keçirib.
"Mançester Yunayted" bu qələbə sayəsində səfər oyunlarındakı uğursuz gedişata son qoyub. Belə ki, komanda 12 oyun idi səfərdə qələbəyə həsrət idi. "Qırmızı şeytanlar" sonuncu dəfə ötən mövsüm UEFA çempionlar Liqasında Fransanın PSJ klubu ilə oyunda (6 mart, 2019-cu il) qələbə sevinci yaşamışdı – 3:1.
"Partizan" üzərindəki qələbə sayəsində MY hazırda L qrupunda 7 xalla liderdi.