Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turunda "Ludoqorets" - "Espanyol" görüşünü idarə edib. Razqradda baş tutan qarşılaşmadan qonaqlar qalib ayrılıb.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turunda "Ludoqorets" - "Espanyol" görüşünü idarə edib. Matc.az saytının məlumatına görə, Razqradda baş tutan qarşılaşmadan qonaqlar qalib ayrılıb.
Belə ki, "Espanyol" Viktor Kampuzanonun 13-cü dəqiqədə vurduğu yeganə qol sayəsində aktivinə 3 xal yazdırıb. Həmyerlimizə də kifayət qədər iş düşüb. Belə ki, meydan sahiblərini 3 sarı vərəqə ilə cəzalandıran Ağayev son 5 dəqiqədə ispaniyalılara 3 sarı, 1 qırmızı vərəqə göstərib.
O, 88-ci dəqiqədə Xavi Lopesi ikinci sarı vərəqə ilə meydandan qovub.