"Bu gün qələbə də qazana bilərdik. ümid edirəm ki, getdikcə oyunumuzu yaxşılaşdıracağıq. Yüksək keyfiyyətə sahib komandayıq. Bu üzdən ciddi olmalıyıq. Əgər biz ciddiliyi qorusaq, futbolçular meydanda əllərindən gələni edərlər". Matc.az saytının məlumatına görə, bunu APOEL-in vitse-prezidenti Haris Fotiu deyib.

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olan Kipr klubu Bakıdan 2:2 hesablı bərabərliklə ayrılıb.

Oyun barədə yerli mətbuata fikirlərini bildirən vitse-prezident bərabərliyin onların xeyrinə ola biləcəyini düşünür: "Hələ təsnifat mərhələsi zamanı demişdik ki, "Qarabağ" güclü komandadı, amma bizdən daha yaxşı deyildi. Bu gün çətin oldu. Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Amma bu nəticə ilə də futbolçular pley-off mərhələsini öz ayaqlarına gətirdilər. ümumi görünüş əvvəlki matçlara nisbətən daha yaxşı idi. APOEL-in ən yaxşı futbolçusu onun dünyasıdı və belə də qalacaq. Hər kəsi bu gün hiss etdiklərimizi hiss etməyə dəvət edirəm".

Haris Fotiu ikinci hissədə zədələnərək əvəzlənən kapitan Nikolas İoannunu əvəz edəcək oyunçularının olduğunu deyib: "Bizim ehtiyatımızda kifayət qədər səviyyəli futbolçular var və onlar digərlərinin boşluğunu layiqincə dolduracaq gücdədilər. ümid edirəm ki, Nikolasın durumu ciddi deyil".

Qeyd edək ki, bu komandalar arasında növbəti tur matçı noyabrın 7-də Nikosiyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest