Avropa Liqasında qrup mərhələsinin III turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə 4 namizəd arasında seçim aparılıb.

Nəticədə "Arsenal"ın hücumçusu Nikolas Pepe turun ən yaxşısı seçilib. 24 yaşlı oyunçu "Gimaraeş"lə ilə qarşılaşmada (3:2) dubla imza ataraq buna nail olub.

Pepe digər iddiaçılar Ryan Kristi ("Seltik"), Ussama İdrissi ("Alkmar") və Franko Vaskesi ("Sevilya") qabaqlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest