Bu gün, oktyabrın sonuncu bazar günü bir çox Avropa ölkəsində qış vaxtına keçidlə əlaqədar olaraq saat əqrəbləri bir saat geri çəkilib. Matc.az xəbər verir ki, bu səbəbdən Avropada bir sıra önəmli idman yarışlarının başlama saatında avtomatik dəyişiklik edilib.
 
Məsələn, bundan sonra çempionlar Liqasının və Avropa Liqasının Avropa ölkələrində keçiriləcək oyunlarına bu mövsümdə bu günə qədər olduğu kimi, Bakı vaxtı ilə saat 20:55 və 23:00-da yox, 21:55 və 00:00-da start veriləcək. Bu proses gələn həftədən başlayaraq gələn ilin martın son bazar gününə, Avropada yay vaxtına keçid olana qədər davam edəcək.
 
Bu, Avroliqanın qrup mərhələsində mübarizə aparan "Qarabağ"ın səfər oyunlarına da təsir edəcək. Ağdam klubunun APOEL-lə səfər matçı Bakı vaxtı ilə saat 21:55-də (7 noyabr), "Sevilya" ilə görüşü isə 00:00-da (29 noyabr, İspaniyada 28 noyabr) başlanacaq.
 
Xatırladaq ki, Azərbaycanda qış və yay vaxtına keçid bir neçə il əvvəl ləğv olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest