Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sevilya" ilə bağlı maraqlı məlumat yayılıb. Komandanın hücumçusu Xavyer Ernandes Avropa Liqasının qarşıdakı oyununu buraxacaq. Mətbuat "Sevilya"nın "Düdelanj"la keçirəcəyi matçın iştirak ərizəsini ələ keçirib.
Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sevilya" ilə bağlı maraqlı məlumat yayılıb. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, komandanın hücumçusu Xavyer Ernandes Avropa Liqasının qarşıdakı oyununu buraxacaq.
Mətbuat "Sevilya"nın gələn həftə "Düdelanj"la keçirəcəyi IV tur matçının iştirak ərizəsini ələ keçirib. Həmkarlarımız səbəbi bəlli olmasa da, çiçaritonun həmin qarşılaşmada iştirak etməyəcəyini iddia edib. Baş məşqçi Xulen Lopeteqinin La Liqa oyunlarını düşünərək bu qərarı verdiyi güman edilir. Bildirilir ki, çalışdırıcı "Düdelanj"la görüşdən əvvəl "Sevilya", sonra isə "Betis"lə matçda ön xətdə meksikalı forvarda yer verəcək.
Qeyd edək ki, "Sevilya" noyabrın 7-də "Düdelanj"ın qonağı olacaq. çiçarito isə ilk iki turda "Qarabağ" və APOEL-lə qarşılaşmada qol vurub.