"İlk hissə məhsuldar olmadı. Fasilədən sonra da yaxşı başlamadıq. "Nea Salamina"nın iki real imkanı oldu. Ancaq hesabı açdıqdan sonra vəziyyət lehimizə dəyişdi. Komandadakı taktiki dəyişiklik nəticəyə də təsir etdi".

"İki tam fərqli oyun oldu. "Nea Salamina" bizim üçün hər şeyi çətinləşdirdi". Matc.az saytının məlumatına görə, bunu APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos deyib.

Kipr çempionatının VII turunda "Nea Salamina" üzərində 3:0 hesablı qələbə qazanan Nikosiya təmsilçisi noyabrın 2-də AEK-i, 7-də isə Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək.

APOEL rəsmisi yerli mətbuata açıqlamasında hər iki qarşılaşmada azarkeş dəstəyinə ehtiyac duyduqlarını bildirib: "İlk hissə məhsuldar olmadı. Fasilədən sonra da yaxşı başlamadıq. "Nea Salamina"nın iki real imkanı oldu. Ancaq hesabı açdıqdan sonra vəziyyət lehimizə dəyişdi. Komandadakı taktiki dəyişiklik nəticəyə də təsir etdi. İndi şənbə günü AEK-lə derbi matçımız, gələn həftə isə "Qarabağ"la Avropa Liqasında həlledici görüşümüz olacaq. Hər kəs komandaya necə kömək edəcəyini başa düşməlidi. Azarkeşlərdən bu iki vacib oyunda dəstək gözləyirik. Meydana necə çıxmağından çox şey asılıdı".

Qeyd edək ki, "Qarabağ"la APOEL arasında Bakıda keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest