"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-də daha bir futbolçu ilə bağlı qərar dəyişib. Baş məşqçi Tomas Doll müdafiəçi Joaozinyonu bağışlamaq qərarına gəlib. Klub prezidenti ilə görüşən və bu gündən kollektivə qayıdan Joaozinyo həftəsonu AEK-lə keçiriləcək derbidə iştirak edə biləcək.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-də daha bir futbolçu ilə bağlı qərar dəyişib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tomas Doll müdafiəçi Joaozinyonu bağışlamaq qərarına gəlib.

Məşqçi korpusu ilə mübahisəyə girişdiyi üçün bir neçə gün əvvəl əsas komandadan uzaqlaşdırılan portuqaliyalı oyunçu ölkə çempionatının geridə qalan turunda "Nea Salamina" ilə matçda iştirak ərizəsinə salınmamışdı. Lakin almaniyalı mütəxəssis sol cinah müdafiəçisini əfv edib. Klub prezidenti ilə görüşən və bu gündən kollektivə qayıdan Joaozinyo həftəsonu AEK-lə keçiriləcək derbidə iştirak edə biləcək.

Qeyd edək ki, yarımmüdafiəçi Musa el-Tamari də intizamsızlığına görə, "Qarabağ"la III tur matçının (2:2) heyətindən çıxarılmış, lakin tezliklə bağışlanılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest