"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-də komandadaxili gərginlik bitmək bilmir. Futbolçuların ardıcıl intizamsız davranışlarından sonra İdarə Heyətinin qərarı da baş məşqçi Tomas Dollun ürəyincə olmayıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-də komandadaxili gərginlik bitmək bilmir. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, futbolçuların ardıcıl intizamsız davranışlarından sonra İdarə Heyətinin qərarı da baş məşqçi Tomas Dollun ürəyincə olmayıb.

Almaniyalı mütəxəssis ölkə çempionatında "Nea Salamina" ilə qarşılaşmadan sonra məşqçi heyətindən razı qaldığını, əlavə köməkçiyə ehtiyac duymadığını açıqlamışdı. Onun bu fikirlərinə məhəl qoymayan prezident Prodromos Petrides komandaya köməkçi-məşq təyin edib. O, Luk Hadjilukası baş məşqçiyə köməkçi vəzifəsinə gətirib.

Bu qərar isə köməkçiyə ehtiyacı olmadığını bildirən Dolla prezident arasında gərginliyə səbəb olub.

Qeyd edək ki, APOEL Avropa Liqasının qrupunda növbəti oyununu noyabrın 7-də Nikosiyada "Qarabağ"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest