"Arsenal" çox oyunçunu icarəyə götürdü, heyəti yeni formalaşırdı. Belə bir vəziyyətdə isə Avropa Liqasındakı ilk rəqibləri güclü "Neftçi" olunca, mübarizəni dayandırdılar. "Krasnodar"ın da durumu buna bənzər idi".
"Rusiya klublarının bu mövsüm avrokuboklardakı zəif çıxışının səbəbi komandaların hazır olmaması idi". Matc.az saytının məlumatına görə, bunu "Ximki"nin baş məşqçisi Andrey Talalayev deyib.
47 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Rusiya klublarının avrokuboklardakı çıxışına münasibət bildirib. O, Tula "Arsenal"ının Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə məğlubiyyətini də dəyərləndirib.
Talalayevin fikrincə, uğursuzluğun yeganə səbəbi qeyri-stabillikdi: "Avrokubokda mübarizə aparan 3 klub yay fasiləsində heyətində köklü dəyişikliklər etdi və mübarizəyə erkən başladı. Xüsusən də, "Arsenal" çox oyunçunu icarəyə götürdü, heyəti yeni formalaşırdı. Belə bir vəziyyətdə isə Avropa Liqasındakı ilk rəqibləri güclü "Neftçi" olunca, mübarizəni dayandırdılar. "Krasnodar"ın da durumu buna bənzər idi. "Spartak" isə heyətlə yanaşı, baş məşqçisini də dəyişdi. Belə durumlarda qısa müddətdə kollektiv işindən danışa bilmərik".
Qeyd edək ki, "Neftçi" "Arsenal"la qarşılaşmalarda müvafiq olaraq 1:0 və 3:0 hesablı qələbə qazanaraq, mərhələ adlamışdı.