Bu gün "CBC Sport" telekanalı üçün əlamətdar gündü. Kanalın 4 yaşı tamam olur.

Bu münasibətlə telekanal musiqili layihə təqdim edib. Tanınmış sənətçi Murad Arifin Bakı Olimpiya Stadionunda ifa etdiyi "We didnt start the fire" mahnısının çəkilişlərinə olimpiya və paralimpiya çempionları, digər tanınmış idmançılar qatılıblar.

2015-ci ilin bu günündə ölkədə ilk dəfə HD təsvir formatında rəsmən yayıma başlayan "CBC Sport" qısa müddətdə bir sıra uğurlara imza atıb. Azərbaycan Premyer Liqasının, milli komandanın bir çox oyunlarının, həmçinin əksər beynəlxalq yarışların rəsmi yayımçısı məhz bu telekanaldı.

Matc.az "CBC Sport" kollektivini 4 yaşı münasibətilə təbrik edir, telekanala yeni nailiyyətlər arzulayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest