"Qol vurmaq üçün daha çox imkan qazanmalıyıq. Hücumun son mərhələsində ötürmələrdə səhvə yol verir, vəziyyəti qaçırırıq. Hər matçda qələbə qazanmaq istəyirik, bunun üçün mübarizə aparırıq. İşimizi davam etdirməliyik".
"Qol vurmaq üçün daha çox imkan qazanmalıyıq". Matc.az xəbər verir ki, bu sözlər APOEL-in yarımmüdafiəçisi Andre Vidiqala məxsusdu.
Portuqaliyalı futbolçu yerli mətbuata açıqlamasında Kipr çempionatının VIII turunda AEK-lə keçirilən oyunu dəyərləndirib. 21 yaşlı vinger qolsuz bərabərə qalmalarını ön xətdə dəqiq olmamaları ilə əlaqələndirib.
Vidiqal Avropa Liqasındakı şanslarına da toxunub. O, qrupdan çıxmaq üçün qrup mərhələsinin IV turunda "Qarabağ" üzərində qələbənin vacib olduğunu vurğulayıb: "Hücumun son mərhələsində ötürmələrdə səhvə yol verir, vəziyyəti qaçırırıq. Hər matçda qələbə qazanmaq istəyirik, bunun üçün mübarizə aparırıq. İşimizi davam etdirməliyik. İndi Avropa Liqasında vacib oyunumuz olacaq. Növbəti mərhələ şansını davam etdirmək istəyiriksə, "Qarabağ"a mütləq qalib gəlməliyik".
Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Nikosiyada keçiriləcək.