"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Sevilya" qapıçısı Tomaş Vaçliklə yeni müqavilə imzalamağa hazırlaşır. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 30 yaşlı qolkiperin çıxışı klub rəhbərliyinin ürəyincə olub.

La Liqanın geridə qalan turunda "Atletiko" ilə qarşılaşmada (1:1) bir neçə epizodda komandasını xilas edən və penalti zərbəsini dəf edən çexiya millisinin üzvü ilə danışıqlara start verilib. ötən il "Bazel"dəki maaşından daha az məvacibə "Sevilya"ya keçməyə razılıq verən Vaçlikin bu fədakarlığı rəhbərlik tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, Tomaş Vaçlikin "Sevilya" ilə hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest