Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın APOEL-lə keçirəcəyi IV tur matçının hakimləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA qarşılaşmanı avstriyalı hakimlər briqadasına həvalə edib.

Oyunu Manuel Şüttenqruber idarə edəcək. Ona Roland Brandner və Robert Steynaxer kömək edəcək. Qarşılaşmada dördüncü hakim funksiyasını Kristofer Yager yerinə yetirəcək. Hakimlərin işinə yunanıstanlı Georgios Bikas qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə Ariel Kennet Şeyman (İsrail) olacaq.

APOEL - "Qarabağ" görüşü noyabrın 7-də Nikosiyada keçiriləcək.

Qeyd edək ki, 2014-cü ildən FIFA referisi olan Manuel Şüttenqruber karyerası ərzində ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest