"Qarabağ"ın hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. Premyer Liqanın X turunda "Neftçi" ilə matçda zədələnən milli komandamızın üzvünün əzələsində dartınma olduğu aşkarlanıb. Futbolçu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Qarabağ"ın hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə gənc oyunçunun durumunun ciddi olduğunu yayıb.

Premyer Liqanın X turunda "Neftçi" ilə matçda zədələnən milli komandamızın üzvünün əzələsində dartınma olduğu aşkarlanıb. Futbolçu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdi ki, Emreli Avropa Liqasının qrup mərhələsində APOEL-lə qarşılaşmanı buraxacaq. Futbolçunun AVRO-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə qarşılaşmalarda iştirakı da sual altına düşüb.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest