Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-in qonağı olacaq "Qarabağ" səfər oyununda dəstəksiz qalacaq. Ağdam təmsilçisi Nikosiyaya azarkeş aparmayıb. Bildirilir ki, Azərbaycan çempionu tərəfdarlarına bilet almamaq qərarına gəlib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-in qonağı olacaq "Qarabağ" səfər oyununda dəstəksiz qalacaq. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi Nikosiyaya azarkeş aparmayıb.

Bildirilir ki, Azərbaycan çempionu tərəfdarlarına bilet almamaq qərarına gəlib. Mümkün gərginliyi nəzərə alan rəhbərlik risk etmək istəməyib.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest