Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL (Kipr) – "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib. Matc.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov noyabrın 6-da, saat 19:15-də (Bakı vaxtı ilə saat 21:15) matçın keçirləcəyi "GSP" stadionunda media mənsublarının önünə çıxacaq.
 
"Qarabağ"ın son məşqi isə saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30) keçiriləcək. Məşqin ilk on beş dəqiqəsi mətbuat üçün açıq olacaq.
 
Noyabrın 7-də keçiriləcək APOEL – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest