Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan "Sevilya" sabah IV tur çərçivəsində növbəti oyununu keçirəcək. Matc.az saytı xəbər verir ki, La Liqa təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.

İspaniya klubu səfər oyununda ehtiyat qüvvə ilə meydana çıxacaq. Buna baxmayaraq, "Sevilya"nın məqsədi Lüksemburqdan 3 xalla dönməkdi. çünki itkisiz irəliləyən Xulen Lopeteqinin yetirmələri daha bir qalibiyyətlə 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

İspaniya KİV-i komandanın qrupu birinci pillədə başa vuracağına şübhə etmir. Həmkarlarımız dekabrda 2-ci yerlə mərhələ adlayacaq digər klubun isə "Qarabağ" olacağını düşünür. Belə ki, qrupu dəyərləndirən yerli mətbuat Azərbaycan çempionunu bu yerə favorit sayır: "Düdelanj" qrupdan çıxmaq şansını davam etdirmək üçün "Sevilya"nı məğlub etməlidi. Ancaq bu, heç də inandırıcı görünmür. La Liqa təmsilçisi üçün Lüksemburq səfəri çətin olmamalıdı. Bu da "Qarabağ"a əlavə üstünlük verir. Azərbaycan komandası qrup ikinciliyinə əsas favoritdi".

Qeyd edək ki, qrupun digər matçında sabah "Qarabağ" APOEL-in qonağı olacaq. Səfər qələbəsi qazanacağı təqdirdə, Ağdam təmsilçisi növbəti mərhələyə vəsiqəni, demək olar ki, rəsmiləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest