Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" oyununa maraq o qədər də yüksək deyil. Oyun zamanı tribunaların ən azı yarısı boş qalacaq. Klub rəhbərliyinin çoxsaylı çağırışlarına baxmayaraq, nikosiyalılar oyuna getməməyi üstün tuturlar.

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" oyununa maraq o qədər də yüksək deyil. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, oyun zamanı tribunaların ən azı yarısı boş qalacaq.

Klub rəhbərliyinin çoxsaylı çağırışlarına baxmayaraq, nikosiyalılar oyuna getməməyi üstün tuturlar. Belə ki, matçın startına bir neçə saat qalsa da, cəmi 10 minə yaxın bilet satılıb. Onlardan 5700-ü abunədisə, 2500-ü Avropa Liqası matçları üçün ayrılan paketlərdi. Klub rəhbərliyi ən pis halda 10 mindən çox azarkeşin onları dəstəkləyəcəyinə ümid edir.

Qeyd edək ki, 23 min tamaşaçı tutumuna malik "GSP Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest