"Bu nəticədən sonra Lüksemburqa qələbə üçün getməliyik. Özümüzə inanırıq. Ümid edirəm ki, "Qarabağ" üzərində qələbənin bizə böyük xeyri dəyəcək. Hamımız bir hədəf uğrunda mübarizə apardıq və bu, bizdə alındı".

"Bu nəticədən sonra Lüksemburqa qələbə üçün getməliyik. özümüzə inanırıq". Matc.az saytının məlumatına görə, bunu APOEL-in vingeri George Efrem deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı öz meydanında 2:1 hesabı ilə məğlub edən Kipr təmsilçisi qrupda 2-ci pilləyə yüksəlib.

Dünənki qarşılaşmada qələbə qolunun müəllifi olan 30 yaşlı oyunçu növbəti hədəfin "Düdelanj"la qarşılaşmada da eyni nəticəni göstərmək olduğunu söyləyib: "ümid edirəm ki, "Qarabağ" üzərində qələbənin bizə böyük xeyri dəyəcək. Hamımız bir hədəf uğrunda mübarizə apardıq və bu, bizdə alındı. İndi bu qələbəni qeyd etmək olar. Lüksemburqa da 3 xal dalınca yollanacağıq. Qanımızı geri almaq istəyirik".

Qeyd edək ki, V turun oyunları noyabrın 28-də keçiriləcək. Həmin gün APOEL "Düdelanj"ın, "Qarabağ" isə "Sevilya"nın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest